Sığorta şirkəti "zapravka"ya dəymiş ziyanı ödəmir - VİDEO

Sığorta olunan obyektin sahibi ona dəymiş ziyanı 9 aydır ki, sığorta şirkətindən ala bilmir. Beyləqan sakini İlqar Məmmədov deyir ki, rayonun magistral küçəsində yerləşən və ona məxsus yanacaqdoldurma məntəqəsinin anbarında mart ayının 12-də partlayış olub. Hadisə zamanı məntəqənin böyük hissəsi yararsız vəziyyətə düşüb və ona ciddi maddi ziyan dəyib. İlqar Məmmədovun sözlərinə görə, hadisə baş verməmişdən bir müddət əvvəl o, obyektini sığorta şirkətlərinin birində icbari sığorta etdirib. Yəni, sığorta hadisəsi baş verən an onun obyekti sığortalı olub. Buna baxmayaraq, sığorta şirkəti sahibkara dəymiş ziyanı ödəməkdən imtina edib. İlqar Məmmədov bundan sonra məsələ ilə bağlı əvvəlcə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. Palata dəymiş ziyanın ödənilməsi üçün sığorta şirkətinə icrası məcburi göstəriş versə də, ödəniş yenə də edilməyib. Daha sonra iş məhkəməyə qədər uzanıb. Ən son Səbail rayon məhkəməsi zərərçəkmişə ödənişin edilməsi ilə bağlı qətnamə qəbul edib. Sığorta məsələləri üzrə ekspert Tural Şükürov bildirir ki, sığorta qanunvericiliyinə görə, obyektlər icbari sığorta edilən zaman təbii və texnogen mənşəli hadisələrdən birmənalı olaraq sığortalanır. Yalnız istisna hallar var ki, baş verən hadisəyə görə sığorta ödənişi edilməyə bilər. Bununla bağlı sığorta şirkətindən isə bildirildi ki, ödəmənin gecikdirilməsi araşdırmanın aparılması ilə bağlı olub. Artıq məhkəmə qərar verdiyi üçün qətnamənin mətni onlara göndərildikdən sonra ödəniş ediləcək.
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR












