Siklon 20 nəfərin ölümünə səbəb olub

Hindistanın Tamilnad ştatında "Qaca" siklonu qurbanlarının sayı 20 nəfərə çatıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Hindustan Times" qəzeti yazıb. Son məlumatlara görə, təxliyyə edilənlərin sayı 80 min nəfərə çatıb. Onlar 470-dən çox yardım mərkəzinə yerləşdiriliblər. Bundan əlavə, yerli balıqçılara dənizə çıxmamaq tövsiyə edilib. Güclü küləklə müşahidə olunan leysan yağışları ştatın sahil rayonlarına cümə axşamı yağmağa başlayıb. Cümə gününə keçən gecə isə siklon güclənib. Təbii fəlakətdən daha çox Naqapattinam, Tiruvarur və Tancor şəhərləri zərər çəkib. Siklon nəticəsində şəhərlərdə ağaclar aşıb, bəzi yerlərdə elektrik enerjisi kəsilib. Ştatın 7 rayonundakı təhsil müəssisələrində dərslər ləğv edilib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












