Silah və narkotik alverçisi ələ keçdi

Axtarışda olan silah və narkotik alverçisi ələ keçdi. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin aprel ayında barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.1-ci maddələri ilə axtarış elan olunmuş Fizuli İbişov saxlanılıb.
Aparılan araşdırmalarla onun 2018-ci ilin yanvar ayında həmkəndlisi, rayonun Mikayıllı kənd sakini Ruslan Məmmədova “Kalaşnikov” markalı avtomat satdığı müəyyən edilib.
F.İbişovun rayonun Mikayıllı kəndində yerləşən yaşayış evinin həyətindəki yardımçı tikiliyə keçirilən baxış zamanı orada qanunsuz olaraq satış məqsədilə saxladığı 4 kiloqram 160 qramdan artıq narkotik vasitə olan heroin, 6 kiloqram 700 qramdan artıq həşiş qətranı, 5 ədəd avtomat patronu aşkar edilərək götürülüb.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.İbişov Bakı şəhəri ərazisində tutularaq Cəlilabad RPŞ-nin istintaq bölməsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












