Silsilə oğurluq edən keçmiş məhkum saxlanılıb - Sumqayıtda

Sumqayıtda silsilə oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin fevral-dekabr ayları ərzində şəhər ərazisindəki gözəllik salonundan 60 manat pul, hazırlıq kursundan televizor və kompyuter, 2 avtomobildən 60 manat pul, tütün məmulatı, bankomat kartı və audiodisklər, 2 evdən 4 ev quşu və su mühərriki, şəhər sakini olan 1 nəfərin mobil telefonunu, daha bir nəfərin isə çantasından pul və sənədlərini və iaşə obyeklərindən birindən elektrik avtomat qoruyucusunu oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə məhkum olunmuş Ağami Ağayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










