Silsilə oğurluq edən şəxs tutulub - Ucarda

Ucar rayonunda silsilə oğurluq edən şəxs saxlanılıb. APA-nın yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə mağazadan oğurluq edən rayon sakini, 1997-ci il təvəllüdlü Rüstəm Qadir oğlu İbrahimov tutulub. İlkin dindirmə zamanı R. İbrahimovun şəhərin 20 Yanvar küçəsində yerləşən Alim Namət oğlu Məmmədova məxsus ərzaq dükanını ayrı-ayrı vaxtlarda iki dəfə, Oğuz küçəsində yerləşən İsmayıl Həsən oğlu Əliyevə məxsus qızıl-zinət əşyaları satılan mağazadan oğurluq etməsi və “Kapital bank”ın Ucar rayon filialına oğurluğa cəhd etməsi məlum olub. Polis əməkdaşlarının keçirdiyi zəruri tədbirlər nəticəsində oğurlanan əşyaların bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












