Şimal-Cənub nəqliyyat dəhlizi üzrə logistika operatorunun yaradılması təklif edilir

"Rusiya Dəmir Yolları" ASC Şimal-Cənub nəqliyyat dəhlizi üzrə logistika operatorunun yaradılması ilə bağlı Azərbaycan, İran və Hindistanla müzakirələr aparır. "Report" "İnterfaks" agentliyinə istinasən xəbər verir ki, bunu qurumun sədri müavini Aleksand Mişarin "TransRussia 2018" forumunda deyib. "Belə bir operatora ehtiyacımız var. Ötən il vahid tarif müəyyənləşdirmişik, lakin bu, marşrutun inkişafı üçün kifayət deyil. Logistika operatorunun yaradılması məsələsi Rusiya-İran Hökumətlərarası Komissiyasının martda keçirilmiş iclasında da müzakirə edilib. Hazırda bu danışıqları Azərbaycan və İranla da aparırıq"- o qeyd edib.
"Rusiya Dəmir Yolları" rəsmisinin sözlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropanı Hindistan və Cənub-Şərqi Asiya ilə birləşdirmək üçün formalaşdırılıb: "Dəmir yolları İranın, Azərbaycanın və Rusiyanın dəmir yolu infrastrukturnu birləşdirəcək. Bu dəhlizin potensialını görürük".
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












