Şimali Avropada ən isti gün olacaq - Bu gün

Bu gün Avropanın şimali hissəsinin sakinlərini ilin ən isti günü gözləyir. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" "Euronews"a istinadən xəbər verir. Böyük Britaniyanın bəzi bölgələrində tempraturun 37 dərəcəyə çata biləcəyi proqnozlaşdırılır. Hətta ölkədə mütləq istilik rekordunun (38,5 dərəcə) qırılması ehtimalı da var. Bu gün Almaniyanın bəzi yerlərində havanın temperaturu 39 dərəcəyə qədər yüksələcək, amma 2015-ci ilin istilik rekordu qırılmayacaq. İstilik alman fermerlərin həyatını xeyli çətinləşdirir. Bir çox təsərrüfatların mövcudluğunu itirmək riski var. Almaniya Fermerlər Assosiasiyası anomal istilərin milyardlarla zərərə səbəb olacağını proqnozlaşdırır.
Fransada da anomal istilik hökm sürür. Havanın tempraturunun bəzi yerlərdə 37 dərəcədən də çox olacağı gözlənilir. Ölkənin şimal və mərkəzi hissəsində yerləşən 18 departamentdə narıncı təhlükə səviyyəsi elan edilib. Yerli sakinlərə gündüz vaxtı evdən çıxmamaq və günəş şüalarının evə düşməməsi üçün pəncərə cəftələrini bağlı saxlamaq tövsiyə edilir.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












