Sintezatorçunu bıçaqlayan müğənniyə cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sintezator ifaçısını bıçaqlamaqda təqsirləndirilən müğənni Əfsər İsmayılova hökm oxunub. Avtosfer.az "qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Rasim Sadıqovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Ə. İsmayılov 4 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2016-cı ilin iyunun 21-də Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti ərazisində yerləşən "Nar" kafesinin yanında 66 saylı binanın yaxınlığında baş verib. O, tanışı Asif İbadovu bıçaqlayıb. Daha sonra Ə.İsmayılov hadisə yerindən qaçaraq istintaqdan yayınıb. Bu il yanvarın 25-də Ə.İsmayılov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Hadisəyə səbəb isə Ə.İsmayılov mahnı ifa edərkən A.İbadovun onu sintezatorda düzgün müşayət etməməsi olub. Ə.İsmayılov kafe və restoranlarda müğənni kimi fəaliyyət göstərib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












