Siqaret qutusundan narkotik aşakarlandı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük Postunda İrandan qayıdan Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə Avtosfer.az-a Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, vətəndaş metal axtaran qurğudan keçərkən üzərində olan əşyaları - mobil telefon və tamlığı pozulmamış 2 ədəd "Kent" markalı siqaret qutusunu avadanlığın yanındakı masaya qoyub. Siqaret qutularından birinin digərinə nisbətən ağır olması gömrükçülərdə şübhə doğurub və qutulara baxış keçirilib. Baxış zamanı bir ədəd "Kent" markalı siqaret qutusunun içində sellofana bükülü vəziyyətdə, qablaşdırılması ilə birgə təqribi çəkisi 1 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə -tiryək, 93 ədəd açıq qəhvəyi rəngli, üzərində "F/M40" nişanəsi olan dairəvi formalı və 5 ədəd ağ rəngli, üzərində "Z40" nişanəsi olan metadon həbləri aşkarlanıb. Xatırladaq ki, metadon adlı dərman preparatı "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına daxildir və sintetik narkotik vasitə sayılır. Faktla bağlı araşdırma aparılır.
Namiq
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












