Şirkət əməkdaşına 14 bıçaq vurub 20 mini aparmağa cəhd edən şəxs tutulub

Bakıda şirkət əməkdaşına bıçaqla xəsarət yetirərək üzərindəki 20 min manat pulu aparmağa cəhd edən şəxs tutulub. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 25-də Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə rayon ərazisindəki MMC-lərin birinin qarşısında naməlum şəxsin qarət məqsədilə oranın xəzinədarı Tərxan Namazova bıçaqla xəsarətlər yetirərək cəmiyyətə məxsus 20.000 manat pulu almağa cəhd göstərməsi, lakin səs-küy yarandığından istəyinə nail ola bilməyərək aradan çıxması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Turan Kubuşov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə zamanı T.Namazova 14 bıçaq zərbəsi vurulub.
Emin
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












