Şirkətdən elektrik naqili oğurlayan 6 nəfər saxlanılıb - Göyçayda

Göyçay rayonunda şirkətdən elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, mayın 3-də Göyçay Rayon Polis Şöbəsinə aprel ayının 26-da Qarayazı kəndi ərazisində MMC-lərdən birinə məxsus 360 metr alüminiumdan olan elektrik naqilinin oğurlanması barədə müraciət daxil olub.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 6 nəfər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onların İmişli rayon sakinləri Ataməli İsmayılov, Tapdıq Quliyev, Yalçın Səfiyev, Amil Səfərov, Ağayar Şərifov və onun qardaşı Əlverdi olduqları müəyyən edilib.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların cari il aprel ayında Qarayazı kəndi ərazisində dayaqlararası ümumilikdə 860 metr alüminiumdan olan elektrik naqilini kəsərək oğurlamaları da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












