Şirkətin 52 min mantaını mənimsəyin şəxs tutulub - FOTO

Bərdə rayonunda şirkət işçisi polis tərəfindən saxlanılıb. Avtosfer.az-ın "Report"aistinadən məlumatına görə, rayonun Mirzə Ələkbər Sabir küçəsində yerləşən "Koroğlu" MMC-nin işçisi, Bərdə şəhər sakini Cəfərov Müşfiq Hümbət oğlu MMC-yə məxsus 52 min manat pulu mənimsəyib. O, şirkətin pullarını yaşadığı evə aparacağı adı ilə 52 min manatı özü ilə götürüb. Sonra isə şirkətin rəhbərliyinə MMC-yə məxsus "Mercedes" markalı avtomobil ilə Yevlax-Ağdam avtomobil yolunun 20-ci kilometrliyində yol qəzasına düşdüyünü, qəzadan sonra huşunu itirdiyini, bu zaman pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib. Faktla əlaqədar Bərdə rayon Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Cəfərov Müşviq Hümbət oğlu "Koroğlu" MMC-yə məxsus 52 min manat pulu gizli yolla talayıb ələ keçirmək məqsədilə ilə MMC-nin ofisindən həmin miqdarda pulu götürdükdən sonra vəsaiti Ağdam rayonunun İmamqulubəyli kəndində yaşayan bacanağı İbrahimov Vüqar Qənaət oğlunun yaşadığı evdə gizlədib. Sonra isə Bərdə rayonunda qeyd olunan ərazidə süni avtoqəza şərait yaradıb və şirkətə 52 min manat pulun oğurlandığını deyib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Müşviq Cəfərov şübhəli şəxs qismində saxlanılıb və maddi sübut olan əskinaslar aşkar edilərək istintaqa təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO
Şuşada beynəlxalq konfrans keçirildi - FOTOLAR
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev
İlham Əliyev Donald Trampı təbrik etdi – FOTO













