“Skuter istifadəçilərinin yol verdiyi neqativ hallara görə tədbir görülməlidir” – EKSPERT - FOTO

Son zamanlar şəhər küçələrində skuterlərin istifadəsi sürətlə artsa da, onların düzgün idarə olunmaması və nizamsız park edilməsi ciddi problemlərə səbəb olur.
Avtosfer.az xəbər verir ki, velozolaqların dayanacaqların önündən keçməsi, ictimai nəqliyyat sərnişinlərinin təhlükəyə məruz qalması və skuterlərin piyada səthlərində hərəkəti artıq narazılığa çevrilib. Bu cür halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında bildirib ki, son 5 ildə mikromobillik elementlərinin sayı artıb.
“Xüsusilə son bir ildə ilkin zolaq şəbəkəsi yaradılıb və bu, sistemli şəkildə inkişaf etdirilir. Lakin hər bir yeni nəqliyyat növü kimi, mikromobillik də özünəməxsus çətinlikləri və fəsadları ilə müşayiət olunur. Düşünürəm ki, bu sahədə həm normativ tənzimləməyə, həm də infrastruktur həllərinə xüsusi diqqət ayrılmalıdır. Eyni zamanda, müasir dünyanın qəbul etdiyi tələblərin Azərbaycan qanunvericiliyində də tətbiqinə ehtiyac var. Hazırda mikromobillik üçün müəyyən zolaq şəbəkəsi mövcuddur və bu şəbəkə tədricən genişləndirilir, əlaqələndirilir. İlkin mərhələdə layihələndirmə və təhlil işləri aparılır. Qanunvericiliyə əsasən, zolaq olmayan ərazilərdə bu vasitələrin yolun sağ tərəfində hərəkət etməsinə icazə verilir. Digər hallarda isə məsuliyyət birbaşa istifadəçilərin üzərinə düşür. Əgər hər hansı neqativ hallar baş verirsə, onların qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir”.
.jpg)
Ekspert həmçinin qeyd edib ki, əgər bu növ nəqliyyat vasitələrindən istifadənin miqyası genişlənirsə, deməli, onların daha təhlükəsiz və rahat hərəkəti üçün də şərait yaradılmalıdır.
“Təəssüf ki, hazırda küçələrimizin hərəkət hissəsi əsasən avtomobillərin rahatlığı üçün nəzərdə tutulub. Halbuki şəhər mühitində küçə bütün hərəkət iştirakçıları üçün bərabər bölüşdürülməli və hər kəsin təhlükəsizliyi təmin edilməlidir istər piyada, istər mikromobillik istifadəçisi, istər ictimai nəqliyyat sərnişini, istərsə də fərdi avtomobil sürücüsü olsun. Əgər hərəkət axınları bir-birinə qarışırsa, bu, infrastrukturda boşluqların mövcudluğunu göstərir. Məsələn, piyada səkisi davamlı deyilsə və ya zəbt olunubsa, piyada məcburən yolun hərəkət hissəsinə çıxır. Eyni ilə, mikromobillik istifadəçiləri də zolaqlar zəbt edildikdə və ya kəsildikdə, alternativsiz qalaraq səhv hərəkətlərə və vərdişlərə meyllənirlər. Bu isə gələcəkdə daha ciddi problemlərə yol aça bilər. Bu səbəbdən düşünürəm ki, həm infrastruktur səviyyəsində dəyişikliklər həyata keçirilməli, həm də paralel olaraq maarifləndirmə tədbirləri geniş şəkildə aparılmalıdır. Yalnız bu şəkildə, hazırda şahidi olduğumuz neqativ halların qarşısını almaq və şəhər daxilində balanslaşdırılmış, təhlükəsiz və səmərəli hərəkət sisteminə nail olmaq mümkündür”.
Fidan
Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI
Azərbaycanda benzin bahalaşır? – AÇIQLAMA
Hava ilə bağlı XƏBƏRDARLIQ: İntensiv yağışlar yağacaq
Azərbaycanın adı dəyişdirilməlidir? - Deputatın təklifinə həmkarından reaksiya
Paytaxtın 11 küçəsində tıxac var - SİYAHI - FOTOLAR
Metro qatarlarına yeni yağınsöndürən balonlar quraşdırılıb; təlimatlar niyə rus dilindədir? - RƏSMİ - FOTO
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
Qış parkındakı təmir işləri vətəndaşların hərəkətinə mane olur - FOTO
“Kapital Bank” hesabını “Apple Pay”a qoşmaq istəyən müştərinin kartını niyə bloklayıb? – RƏSMİ AÇIQLAMA
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU










