"Skuterlərlə bağlı təcili tədbirlərə ehtiyac var" - Ekspertdən AÇIQLAMA

Dünən avtomobil yolunda skuterlə hərəkət edən yeniyetmə qəzaya uğrayıb. Başından ağır xəsarət alan məktəbli hadisə yerində həyatını itirib.
Təəssüf ki, son dövrlərdə bu kimi faciəvi qəzalara tez-tez rast gəlinir. Skuter və digər bu kimi fərdi nəqliyyat vasitələrindən istifadə edən məktəblilər və yeniyetmələr ümumi istifadədə olan avtomobil yollarında qaydalara riayət etmədən hərəkət edir və ciddi təhlükə yaradırlar.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, təəssüf ki, skuterlərlə bağlı ciddi problemlər mövcuddur. Hərəkət və davranış qaydalarını bilməyən bir çox insan skuterdən istifadə edir və bu da yollarda təhlükəli vəziyyətlər yaradır:"Bu səbəbdən təklif olunur ki, skuterlərlə bağlı qaydalar və müddəalar hazırlanaraq hüquqi çərçivəyə salınsın. Kimlər skuterlə ümumi istifadədə olan yollara çıxa bilər? Onlar hansı qaydalara əməl etməlidirlər? Bu kimi məsələlər mütləq şəkildə tənzimlənməlidir. Hazırda isə, skuter kimin əlinə düşürsə, şəhərə çıxır və bu da nəqliyyat axınında ciddi narahatlıqlara səbəb olur.
Qeyd etmək lazımdır ki, dünyanın bir çox ölkəsində əvvəlcə skuterlər üçün geniş imkanlar yaradılıb, lakin sonradan bu imkanlar ləğv olunub. Çünki təhlükəsizlik və qayda pozuntuları ilə bağlı böyük problemlər ortaya çıxıb.
Hazırda skuterlər Azərbaycanda nisbətən yeni nəqliyyat vasitəsi kimi yayılmağa başlayıb və onlar üçün xüsusi imkanlar yaradılır. Lakin gələcəkdə hansı qərarların veriləcəyi bəlli deyil. Ona görə də indidən bu sahədə qaydaların hazırlanması zəruridir.
Kimlər skuterdən istifadə edə bilər? Ümumi istifadədə olan yollara kimlər çıxa bilər? Bu suallara konkret cavab verilməlidir.
Bu məsələlərə vaxtında müdaxilə olunmalıdır. Ciddi fəsadların qarşısını almaq üçün düzgün qaydalar hazırlanmalı və tətbiq edilməlidir. Bununla yanaşı, cəza mexanizmi də formalaşdırılmalıdır. Əgər bu yoxdursa, insanlar könüllü şəkildə qaydalara əməl etməyəcək.
Cəmiyyətimizdə, xüsusilə də gənclər arasında imkan tapanlar skuterlərə müxtəlif əlavə dəyişikliklər edirlər. Bu gün kuryer fəaliyyəti ilə məşğul olanların bir çoxu mopedi modifikasiya edir və nəticədə təhlükəli vəziyyətlər yaranır. Təəssüf ki, bu reallıqla yaşayırıq. Odur ki, vaxtında tədbir görülməzsə, nəticələri daha ağır ola bilər".(big.az)
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO
Bakıda iki yol bağlanır - Təmir işləri aparılacaq
Daha bir marşrut xəttinin avtobusları yenilənir - Son dayanacağı bu ünvan olacaq
Altı ay ərzində baş verən qəzaların sayı niyə artıb? - SƏBƏBLƏR
Prezidentin maşınında selfi çəkdi - FOTO
Binəqədi şosesində təhlükə saçan çuxurlar: Sürücülər ziyanla üz-üzədir - VİDEO
Heyvanlar necə daşınacaq? - Ölkə daxilində bu maşınlardan istifadə oluna bilər
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Heç bir dövlətin sərhədləri ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz - İlham Əliyev
Sabah günorta saatlarında çölə çıxmayın - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - VİDEO










