SOCAR Avro-5 standartlı benzinin istehsalına nə vaxt başlayacq?

Avro-5 standartlı benzinin istehsalı təxminən 2021-ci ilin əvvəlindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda mümkün olacaq. Avtosfer.az xəbər verir ki, bu fikirləri “Trend”ə açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. “Dizel kompleksinin modernləşdirilməsi işlərinin 2020-ci ilin sonlarında başa çatdırılması nəzərdə tutulub, Avro-5 standartlı benzinin istehsalı isə 2021-ci ilin əvvəlindən mümkün olacaq”, - Əhmədov bildirib. Onun sözlərinə görə, modernləşdirmə daxili bazarı Avro-5 yanacağı ilə təmin etməyə imkan verəcək. “Buraya ilk növbədə dizel yanacağı daxildir. Modernləşdirmə 92-95-98 oktanlı, Avro-5 standartlı benzinin və digər məhsulların istehsalına da imkan verəcək”, - Əhmədov deyib. O əlavə edib ki, son illər Azərbaycanda yanacağa olan tələbata görə istehsal olunan məhsulların əsas həcmi daxili bazar üçün nəzərdə tutulub. Əhmədov qeyd edib ki, istehsal olunan məhsullar daxili bazarda tələbatı tam ödəyəcək, qalan hissə isə ixrac olunacaq. Xatırladaq ki, hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda modernləşmə işləri həyata keçirilir və işlərin 2021-ci ildə yekunlaşdırılması proqnozlaşdırılır. Modernləşdirmədən sonra zavodun istehsal gücü illik 6 milyondan 8 milyon tona, istismar müddəti 2040-ci ilə qədər artırılacaq. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda modernləşdirmə işlərinin dəyəri 2,2 milyard dollar qiymətləndirilib.
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı












