Soçidə təyyarə yandı, ölən və yaralananlar var - VİDEO

Rusiyanın Soçi şəhərində sərnişin təyyarəsi qəza edib. Avtosfer.az RİA Novosti-yə istinadən xəbər verir ki, qəza “Boeing 737” təyyarəsi enən zaman qeydə alınıb. Belə ki, “Utair” hava şirkətinə məxsus təyyarə zolaqdan çıxaraq yanmağa başlayıb. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hadisə zamanı 18 nəfər xəsarət alıb ki, onlardan da üçü uşaqdır. 160 nəfər təxliyyə edilib. Təyyarə Moskvadan Soçiyə uçurmuş. Alovun söndürülməsinə 5 yanğınsöndürmə texnikası cəlb edilib və yanğın lokallaşdırılıb.
***
Rusiyanın Soçi şəhərinin aeroportunda baş vermiş hadisə zamanı 18 nəfər xəsarət alıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, xəsarət alanlar arasında 3 uşaq da var. Hazırda hava limanında həkimlər və psixoloqlar briqadası işləyir. TASS agentliyi isə hadisə zamanı aeroportun 1 əməkdaşının ürək tutmasından öldüyünü xəbər verib. Məlumatda bildirilir ki, o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












