Şok kadrlar: dünyanın ən güclü biləyi sındı - VİDEO

YouTube-un populyar bloqerlərindən olan Kris Qurski indi müalicə alır. Onun sol əli iki yerdən sınıb. Sınıqlardan biri Krisin biləyindədir. Üstəlik, Kris Qurski indi "dünyanın ən güclü biləyi" kimi tanınır. Avtosfer.az milli.az-a istinadən bildirir ki, olay Kris Qurskinin istirahətə yollandığı İsveçrədə yaşanıb. Deltaplanda uçmaq fikrinə düşən Qurski bunun üçün təlimatçı pilota müraciət edib. Pilotla uçuşun günü müəyyənləşib. Vədə yetişib və deltaplanda Krislə pilot uçuşa başlayıblar. Fəqət, pilot Krisi deltaplanın korpusuna təhlükəsizlik kəməri ilə bağlamağı unudub. Deltaplan havaya qalxandan sonra bunu anlayan Kris həyatının ən qorxulu anını yaşadığını deyib. Sol əli ilə deltaplanın çərçivəsindən, sağ əli ilə pilotdan yapışan Kris bu minvalla "uçuş"da olub. Yaşananlar GoPro kamerası ilə çəkilib və Kris sonradan həmin videonu YouTube-dakı profilində paylaşıb. Deltaplan yerə enərkən yorulmuş Kris əlini buraxıb. Yerə dəyən Krisin sol əli iki yerdən sınıb. Sosial şəbəkə istifadəçiləri 150 metr yüksəklikdə 2 dəqiqə 14 saniyə sol əlindən asılı qalmağı bacaran Kris Qurskinin biləyindəki gücə heyran qalıblar.
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA












