Şok: Kemerovo ayağa qalxdı: Yanğında 400 nəfər ölüb – VİDEO

Kemerovo şəhərinin sakinləri şəhər administrasiyasının binası qarşısında “Qış albalısı” ticarət mərkəzində baş verən yanğınla əlaqədar etiraz aksiyası keçirir.
Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, “Novaya qazeta” etiraz aksiyasının keçirilməsi ideyasının Kemerovodakı müxalifətçi, Ümumrusiya Xalq Cəbhəsinin üzvü Maksim Uçvatov tərəfindən təklif edildiyini yazıb. Etiraz aksiyasına 4000 nəfərdən çox insan qatılıb. Onlar “Korrupsiya öldürür”, “Biz hamımız bu zooparkda qapadılmışıq”, “Real qurbanlar nə qədərdir?” şüarları səsləndiriblər.
Bundan sonra yerli hökumətin istefasını tələb edən etirazçılar Rusiya Prezidenti Vladimir Putinin onların qarşısına çıxmasını istəyiblər. Etirazçıların qarşısına Kemerovo vilayətinin vitse-qubernatoru Sergey Sivilyev və qubernatorun köməkçi Vladimir Çernov çıxıb. Məmurlar etirazçıların suallarına onları qane edən cavab verə bilməyiblər.
Digər maraqlı məqam isə mitinqin koordinasiyasını yanğında bütün ailəsini itirən İqor Vostrikovun təşkil etməsidir. O, mitinq zamanı şəhər morqlarına gedərək, ölənlərin dəqiq sayının yoxlanılmasını təklif edib.
Qeyd edək ki, “Qış albalısı” ticarə mərkəzində yanğın baş verib. Yanğın nəticəsində rəsmi rəqəmlərə görə, 64 nəfər həlak olub. Yerli əhalinin fikrincə isə ölənlərin sayı 400 nəfərdən çoxdur. Əhali həmçinin hökuməti ticarət mərkəzində yanğının söndürülməsinə lazımi sayda qüvvə cəlb etməməkdə ittiham edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












