Solmaz Əbiyevanı polis yaxaladı

Pakistan polisi ötən gün noyabrın 17-də İslamabada narkotik və insan alverinə görə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Solmaz Əbiyevanı həbs edib. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, İslamabadda polis reydi zamanı özünü şübhəli aparan qadın saxlanılıb. Axtarış zamanı onun üzərindən 1 kiloqramdan çox heroin aşkarlanıb. Saxlanılarkən qadın özünün Türkiyə vətəndaşı kimi təqdim edib, adının Həfifə olduğunu bildirib, onun üzərindən saxta Türkiyə pasportu çıxıb. Lakin araşdırma zamanı məlum olub ki, bu şəxs beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Əbiyeva Solmaz Ənvər qızıdır. Solmaz Əbiyevanın barəsində Azərbaycan hüquq-mühafizə orqanları İnterpol xətti ilə axtarış elan edilib. Qadının Pakistan vizasının müddətinin bu ilin aprel ayından bitdiyi də məlum olub. İnterpol onu 2018-ci ilin fevralından axtarırdı. S.Əbiyevanın İnterpol dosyesində göstərilir ki, onun 49 yaşı var, boyu 1.61 metrdir. İnsan alveri və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı axtarışa verilib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












