Sosial kirayə fondu yaradılır - Video

Ölkəmizdə sosial kirayə fondu yaradılır. Avtosfer.az xəbər verir ki, məqsəd insanların ucuz qiymətə mənzilərlə təmin edilməsidir. Fond aldığı mənzilləri vətəndaşlara ucuz qiymətlərə kirayə təklif edəcək. Ekspertlər həsab edirlər ki, bu addım mənzil bazarındakı qiymətlərə də təsir göstərəcək.
İpoteka və Kredit Zəmanət fondu mənzilləri alıb vətəndaşlara ucuz qiymətə kirayə verəcək.
Nizamnaməyə edilən əlavəyə əsasən yaşayış sahələrini almaq və satmaq öhdəliyi ilə kirayəyə vermək vəzifəsi də Fonda tapşırılıb. Bununla da yaradılacaq Sosial kirayə fondu müxtəlif ərazilərdə mənzilləri alacaq və kirayəyə verəcək.
Ekspertlərin sözlərinə görə bu təcrübə MDB ölkələrində də geniş yayılıb və mənzil sahibi olmayan insanlar üçün effektiv üsul hesab edilir. Fondun balansında olan mənzillərin sayının çox olması həmin ərazidə kirayə qiymətlərinə də təsir edəcək.
Kirayə qalan vətəndaş sonda istəyinə uyğun olaraq həmin mənzili birdəfəlik satın da ala biləcək. Bunun üçün mexanizm və qaydalar hazırlanacaq. Yeniliyin digər bir üstünlüyü isə, əhalinin çoxsaylı sənəd toplamaqdan və gəlir tələblərindən azad olmasıdır.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












