Sosial şəbəkədə qadınları şantaj edən şəxs tutuldu - FOTO

Sosial şəbəkələrdə tanış olduğu qadınları barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək onlardan pul tələb edən şəxs saxlanılıb. Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinə müraciət edən N.Q. adlı qadın sosial şəbəkədə tanış olduğu Aslan adlı şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək bir il ərzində 4000 ABŞ dolları və 200 manat pulunu aldığını bildirib. İdarədə araşdırma aparılan zaman həmin şəxsin Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Aslan Əzizov olduğu müəyyən edilib. Həmin şəxs dəfələrlə istintaqa çağırılsa da, məsuliyyətdən yayınmağa cəhd göstərib. Bu səbəbdən barəsində axtarış elan edilən A.Əzizov Nizami Rayon Polis İdarəsi və 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunub. A.Əzizov ifadəsində 2017-ci lin ilin oktyabr ayından saxlanılana qədər həmin qadından hədə-qorxu yolu ilə 4000 ABŞ dolları və 200 manat aldığını etiraf edib. Saxlanılan şəxsin telefonuna baxış keçirilən zaman başqa qadınlara qarşı da analoji cinayətlər etdiyi məlum olub.
Göstərilən faktla bağlı Nizami Rayom Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hədə-qorxu gələrək qadınlardan pul tələb edən A.Əzizovun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Nizami Rayon Polis İdarəsinə müraciət edə bilərlər. Nəzərinizə çatdıraq ki, analoji cinayətlərlə bağlı müraciət edənlərin anonimliyi qorunur.
Emin

Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY














