Soyğunçuluğa cəhd edən şəxs saxlanılıb - Bakıda

Bakıda soyğunçuluğa cəhd edən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində qadına qarşı soyğunçuluq edərək aradan çıxmağa çalışan şəxs yaxalanıb.
Belə ki, iyulun 3-də s Yasamal rayonunun H.B.Zərdabi küçəsində bir nəfər Bakı şəhər sakini G.Əmiraslanovaya zor tətbiq edərək içərisində 145 manatı və sənədləri olan pulqabısını alaraq aradan çıxmağa çalışıb. Ərazidə xidmət aparan 29-cu Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs yaxalanıb.
Araşdırma zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Ağaəliyev olduğu müəyyən edilib. Maddi sübut ondan götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












