Soyğunçuluq edən üç kişi saxlanılıb - Bakıda

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini U.Tağızadə mayın 20-də saat 5 radələrində D.Əliyeva küçəsindəki parkda 2 nəfərin ona zor tətbiq edərək pulunu və mobil telefonunu almağa cəhd göstərdiklərini, lakin səs-küy yarandığından aradan çıxdıqlarını bildirib.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinənlər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən “isti izlər”lə saxlanılıblar. Araşdırmalarla onların paytaxt sakini Süleyman Quliyev və Salyan rayon sakini Mahmud İsmayılov olduqları müəyyən edilib.
Bakı şəhər sakini X.Məmiyev isə mayın 19-da saat 1 radələrində Biləcəri qəsəbəsi ərazisində naməlum şəxsin onun 402 manatını və mobil telefonunu alması barədə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Asim Quliyev saxlanılıb.
Faktlarla bağlı rayon polis idarələrində araşdırmalar aparılır.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












