Soyğunçuluqda şübhəli bilinən şəxslər tutulub

Soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb.
Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, iyunun 30-da Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan bir nəfər qəsəbə sakini Rəsmiyyə Mirzəyevaya hədə-qorxu gələrək mobil telefonunu alıb.
42-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Nizami Vəzirov saxlanılıb.
İyunun 30-da Nizami rayonu ərazisində şəxsiyyəti məlum olmayan bir nəfər isə Beyləqan rayon sakini Qızbəs Quliyevaya zor tətbiq edərək mobil telefonunu alıb.
Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən soyğunçuluğu törətməkdə şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Nəcmin Ağayev saxlanılıb.
Hər iki faktla bağlı Sabunçu və Nizami Rayon Polis İdarələri tərəfindən araşdırma aparılır.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












