Söyüş üstündə qulaq kəsən şəxs danışdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən İbrahim İbrahimlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən İ. İbrahimli özünü təqsirli bilməyib. O, sərbəst ifadə verərək deyib ki, zərərçəkmiş şəxsi tanımayıb: “Biz hər axşam həyətimizdəki yerdə oturub domino oynayırdıq. Hadisə günü də belə oldu. Oyundan sonra mən Şərafəddin adlı şəxslə oturub, söhbət etmək qərarına gəldik. Şərafəddin evdən araq gətirdi, onu içdik. Bir müddət keçəndən sonra Şahin adlı şəxs gəldi, stolun üstünə bir araq da o qoydu. Söhbət əsnasında Şahin bir-iki dəfə ağzından söyüş çıxartdı. Mən də ona təklif etdim ki, ətrafda adamlar var, söyüş söyməsin. O isə mənə qayıtdı ki, sənə nə var, istədiyim kimi danışa bilərəm. Sonra məni də söydü, yumruq atdı. Arağın butulkasını götürüb, məni vurmaq istədi. Bu vaxt araq butulkası bizi ayırmaq istəyən Şərafəddinə dəydi. Sonra biz Şahinlə əlbəyaxa olduq və mən hadisə yerindən uzaqlaşdım. Evə gələndə gördüm ki, üstüm qandı. Həmin gecəni yatdım, gecə yarısı qardaşım məni oyatdı ki, polis gəlib. Çölə çıxdım, gördüm Şahinin başı sarğı ilə sarılıb, yanında da polislər var”. İ.İbrahimli deyib ki, zərərçəkmişin qulağını kəsməyib: “Bəlkə o, qulağını özü dartıb, qoparıb, mənə şər atır. Mən onu butulka ilə vurmamışam. Onun qulağını heç kim tapa bilmirdi, özü məndən sonra dalaşıb, bəlkə qulağını kəsiblər”. Sonra təqsirləndirilən şəxs vəkili Əfifə Əsgərovanın suallarını cavablandırıb. O əlavə edib ki, Şahin Əliyevin qulağını kəsməsi barədə eşidəndə, bunun zarafat olduğunu düşünüb. Prosesdə şahidlər də ifadə verib. İttihama görə, 10 iyun 2018-ci ildə Badamdar qəsəbəsində yerləşən kafelərin birində spirtli içki qəbul edən İ. İbrahimli əvvəlcədən tanımadığı Şahin Əliyevlə aralarında yaranan münaqişə zəmində stolun üstündəki şüşə butulkanı zərərçəkmişə atıb. Butulka Ş. Əliyevin başına dəyib. Sonra butulkanın sınığı ilə zərərçəkmişə xəsarət yetirib. Hadisəni törədən İ. İbrahimli həbs edilib.
Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı - Kartdan xəbərsiz pul silinir
Bakıya 7 aya yağan yağış iki gündə yağdı - ADSEA sədri - VİDEO
Bu şəxslər quru sərhədlərdən keçərək xaricə gedə bilərlər
İlham baba mənə “Kamaz” göndərdi - VİDEO
Çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO - VİDEO
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ - VİDEO
WUF13 ilə əlaqədar sərnişinlərə MÜRACİƏT
Bakının 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
AYNA-dan taksi sürücülərinə şad XƏBƏR - Bu qərar onlara aid deyil
Salyan–Şirvan yolundakı təhlükə aradan qaldırıldı - AAYDA-dan AÇIQLAMA - FOTO + VİDEO
Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək










