Spirtdən kütləvi zəhərlənmə

İranda oktyabrın 19-dan bu günədək spirtli içkilərdən zəhərlənmə nəticəsində 40 nəfər Bəndər Abbasın müalicə mərkəzlərinə müraciət edib. Trend-in məlumatına görə, bunu İranın Hörmüzqan Vilayəti Tibb Elmləri Universiteti və Səhiyyə və Müalicə Xidmətləri ictimai əlaqələr və beynəlxalq məsələlər üzrə şöbəsinin müdiri doktor Fatimə Novruzian deyib. Onun sözlərinə görə, zəhərlənmə nəticəsində müraciət edənlər 15-50 yaşlar arasındadır. İndiyədək bir nəfər həyatını itirib, 2 nəfər də reanimasiya şöbəsinə yerləşdirilib. Novruzian bu müddət ərzində spirtli içkilərdən zəhərlənmə nəticəsində 19 nəfərin böyrəyində nöqsanlar səbəbindən dializ edildiyini deyib: "Pasiyentlərdən 18 nəfəri müalicə olunduqdan sonra xəstəxanadan evə buraxılıb". 26 sentyabr-4 oktyabr müddətində spirtli içkilərdən zəhərlənmə nəticəsində 268 nəfər Hörmüzqan vilayəti xəstəxanalarında yatırılıb, 22 nəfər isə həyatını itirib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












