Stomatoloqun evindən 6 min dollar və 15 min manatlıq qızıl oğurlanıb - FOTO

Tovuz rayonunda stomatoloqun evindən içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib. Belə ki, avqustun 14-dən 15-ə keçən gecə kənd sakini, stomatoloq İlham Ələkbərovun evinə naməlum şəxs və ya şəxslər girərək oğurluq ediblər. İ.Ələkbərov bildirib ki, naməlum şəxs və ya şəxslər pəncərənin dəmir barmaqlıqlarını qıraraq içəri daxil olublar: "Həmin vaxt mən ailə üzvlərimlə birgə parkda gəzintiyə çıxmışdıq. Evə qayıdandan sonra gördüm ki, otaqlar dağınıq vəziyyətdədir. Otaqlardan birinin divarında xüsusi olaraq gizlədilmiş və üzərində portret olan seyf var idi. Dərhal seyfin olduğu otağa baxdım və gördüm ki, seyfin içindəki pul və qızıl əşyalar oğurlanıb". O, əlavə edib ki, seyfin içərisində 6000 ABŞ dolları, 700 manat pul və 15000 manat dəyərində qızıl-zinət əşyaları olub. Oğurluq edən şəxs və ya şəxslər evdə başqa əşyalara toxunmayıblar. İ.Ələkbərov baş verən hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib. Faktla bağlı Tovuz RPŞ-da əməliyyat-axtarış qrupu yaradılıb və araşdırmalara başlanılıb.
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO

















