Strateji əhəmiyyətli rabitə kabelini oğurlayan şəxs saxlanılıb - FOTO

Sumqayıt şəhərindən 500 metrlik strateji əhəmiyyətli rabitə kabelini kəsərək oğurlayan şəxs saxlanılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən şəhər telefon qovşağına məxsus strateji əhəmiyyətli rabitə kabelləri kəsilərək naməlum şəraitdə oğurlanıb. Bu barədə Sumqayıt şəhər Polis idarəsinə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtyarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş H.Z.Tağıyev qəsəbəsinin sakini Nicat Heydərov saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin telefon qovşağına məxsus quyulardan ayrı-ayrı vaxtlarda ümumilikdə 500 metr kabeli oğurladığı daha sonra yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrinə satdığı məlum olub. Qeyd edək ki, N.Heydərov bir müddət əvvəl yaşadığı qəsəbənin ərazisində rabitə quyularında yeni kommunikasiya xətlərinin çəkildiyini müşahidə edib. O, ifadəsində elə həmin vaxtdan kabelləri oğurlamaq fikrinə düşdüyünü bildirib. Faktla bağlı Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Namiq
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA


















