Su polisi ördəyi toyuq adı ilə satan şəxsi tutdu - FOTO

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ov mövsümünün başlanması ilə əlaqədar respublikanın su hövzələrində brakonyerliyə, balıq və çöl quşlarının qanunsuz ovlanması, satılması, həmçinin digər hüquq pozuntularının qarşısının alınması məqsədilə növbəti uğurlu əməliyyat-profilaktiki tədbir həyata keçirilib. Avtosfer.az xəbər verir ki, idarə əməkdaşları daxil olan məlumat əsasında Saatlı rayonunda keçirdikləri əməliyyat zamanı, əvvəllər Cinayət Məcəlləsinin 194-cü (Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma) maddəsi ilə məhkum olunmuş Sabirabad rayon sakini Nəvai Novruzov saxlanılıb. Onun idarə etdiyi “Qaz-33021” markalı yük avtomobilinə baxış zamanı qanunsuz ovlanan 251 ədəd qaşqaldaq və 4 ədəd çöl ördəyi aşkar edilərək maddi sübut kimi götürülüb.
Araşdırma zamanı məlum olub ki, N.Novruzovun ov etmək üçün müvafiq dövlət qurumları tərəfindən verilən xüsusi lisenziyası yoxdur. Saxlanılan şəxs ifadəsində çöl quşlarını paytaxt və bölgələrdə kənd toyuğu, eləcə də kəklik quşu adı altında satmaq məqsədi ilə ovladığını bildirib.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində təhqiqat araşdırmaları davam etdirilir.
Daxili işlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən su və sahil mühafizə zonalarında balıq, həmçinin çöl quşlarının qanunuz ovu ilə məşğul olan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan cərimə, inzibati tənbeh tədbirləri mütəmadi olaraq davam etdiriləcək.
Elmin
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO












