"Sualtı qayığın dənizdən çıxarılmasına 4 milyard dollar xərcləmək ağılsızlıqdır"

"Bir il əvvəl batmış Argentina Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus "San Juan" sualtı qayığının dənizin dibindən çıxarmaq üçün 4 milyard ABŞ dollar ayırılması ağılsızlıqdır". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Argentinanın müdafiə naziri Oskar Aquad bildirib. "Əgər bu, həqiqətən 4 milyard dollara başa gələcəksə, ağılsızlıqdır. Bu, şəxsi fikrimdir, amma Argentinada yoxsulluq səviyyəsi 30 faiz olarkən 4 milyard dollar xərcləmək ağılsızlıq olardı", - nazir "AmericaTV" telekanalının efirində deyib. Onun sözlərinə görə, hazırda əsas məsələ nəyin baş verdiyini anlamaqdır. Xatırladaq ki, Argentinanın Uşuaya limanından çıxan zaman göyərtəsində 44 ekipaj üzvünün olduğu "San Juan" sualtı qayığı ilə əlaqə 2017-ci noyabrın 15-də kəsilib. Bu il noyabrın 17-də gecə saatlarında isə Argentina HDQ Argentina hökuməti üçün işləyən ABŞ-ın özəl "Ocean Infinity" şirkəti tərəfindən sualtı qayığın aşkar edildiyini bildirib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












