Şübhəli şəxslərdən narkotik vasitə götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Anar Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan çəkisi 79 qrama yaxın tiryək və 69 qram heroin götürülüb.
Davam etdirilən tədbirlərlə onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib və həmin vasitələri satmaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.
Əldə edilmiş məlumat əsasında DİN-in Təhlükəsiz Şəhər Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi və Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şəkər kənd sakini Elşən Əliyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobildən 430 qram marixuana aşkar edilərək götürülüb.
Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini Azər İmanovdan isə 480 qram marixuana götürülüb. Araşdırmalar aparılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












