Sükan arxasında mürgüləmək faciəyə səbəb ola bilər - FOTO

Avropa və ABŞ-də keçirilmiş rəy sorğuları sürücülərin böyük əksəriyyətinin sükan arxasında mürgülədiyini aşkara çıxarıb. Məlum olub ki, sürücülər mürgülədikləri üçün dəfələrlə qarşıdakı avtomobilə çox təhlükəli həddə yaxınlaşıb, ya da yoldan çıxıblar. Yol qəzalarının təhlili göstərib ki, mürgüləmə təhlükəlilik baxımından yüksək sürət və sərxoşluqdan daha çox risk yaradır.
Avtosfer.az xəbər verir ki, Belçikada virtual avtomobillə sürücülərin mürgüləmə problemi araşdırılıb. Təcrübə üçün kifayət qədər təcrübəsi olan gənc və yaşlı sürücülər seçilib.
3 saat 31 dəqiqəlik sınaq zamanı məlum olub ki, sürücülər sükan arxasındakı vaxt uzandıqca qarşıdakı avtomobillə daha böyük məsafə saxlayırlar. Lakin bu, sayıqlıq deyil, özünüqoruma hissi ilə izah edilməlidir. Digər tərəfdən, yuxulu sürücünün etdiyi tormozlama da çox vaxt effektli olmur.
6 saatlıq testdə (bu zaman kəsiyində Azərbaycanda istənilən A nöqtəsindən B nöqtəsinə getmək mümkündür – müəl.) isə 21 yaşlı sürücü nə az, nə çox 6580 dəfə gözlərini yumub ki, bu da zaman ekvivalentində 18 dəqiqə 18 saniyədir. Sürücülərin təbincə desək, bu cür “gözünün acısını almaq” çox ciddi qəza ilə nəticələnə bilər.

Adi riyazi hesablama göstərir ki, sürücü 1 saniyə gözünü yumduqda 120 km/saat sürətlə hərəkət edən avtomobil 33 metr yolu “kor şəkildə” qeyd edir. Bu rəqəmləri 18 dəqiqəyə vurduqda nəticənin nə olacağı məlumdur.
Azərbaycana gəlincə: bu gün sürücülərimiz arasında Bakıdan Qazağa, Astaraya, Zaqatalaya dayanmadan maşın sürməklə fəxr edənlərə rast gəlirik. Bu cür sürücülük heç bir halda, qəhrəmanlıq olmayıb, əksinə, özünün və başqalarının həyatını təhlükəyə atmaqdır. Bəşər övladı dünəndən bu günə mənzil başına tez çatmaq istəyib. Amma, tələskənlik heç bir halda fayda verməyib.
Azərbaycan ərazi baxımından çox kiçik ölkədir. Görəsən ölkənin bu başından o başına dayanmadan sürənlər Rusiyada necə davranardılar?
Vüqar
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












