Sükanı tək əllə tutanlar OXUSUN: Cərimə tətbiq olunacaq, yoxsa...?

Sosial şəbəkələrdə və bəzi internet saytlarında Yol Polisinin sürücülərin pəncərədən əlini çıxarmasına görə cərimə tətbiq etdiyi barədə iddialar yayılıb. Maraqlıdır, avtomobili bir əlli idarə etmək və ya pəncərədən əl çıxarmaq cəriməyə səbəb olurmu?
Mövzu ilə bağlı hüquqşünas Turan Abdullazadə bildirib ki, bu məlumatlar hüquqi baxımdan tam doğru deyil.
Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 342.1.4 maddəsinə əsasən, yalnız hərəkət zamanı sürücünün hər iki əlini sükan üzərindən götürməsi cəriməyə səbəb olur. Bu halda sürücü 40 manat məbləğində cərimə edilir.
“Sadəcə bir əli sükan üzərindən götürmək ayrıca cərimə predmeti deyil. Lakin bir əlli idarəetmə nəticəsində telefonla danışmaq, təhlükəli manevr etmək və ya qəza şəraiti yaratmaq kimi hallar baş verərsə, bu, artıq qayda pozuntusu sayılır və məsuliyyət yaradır”, – deyə hüquqşünas bildirib.
Turan Abdullazadə əlavə edib ki, BDYP-nin xəbərdarlığı əsassız deyil:
“Sükanı iki əllə idarə etmək qəza riskini azaldır, manevr imkanlarını artırır və təhlükəsizlik baxımından daha uyğundur. Bu, hər bir sürücünün mənəvi borcudur”.
Beləliklə, sükanı bir əlli idarə etmək və ya əli avtomobilin pəncərəsindən çıxarmaq birbaşa cərimə səbəbi olmasa da, təhlükəli nəticələrə yol açarsa, məsuliyyət istisna edilmir.(konkret.az)
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












