Sumqayıt, Şamaxı və Ağsuda qanunsuz silah-sursat götürülüb

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sumqayıt şəhər Polis idarəsinin 2-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Elnur Mirzəyevin “Daewoo” markalı avtomobilindən qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb. Şamaxı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini İntiqam Əzizovdan “BUM” markalı ov tüfəngi götürülüb. Polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Maarif Mirzəyev nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 5 ədəd patronu könüllü olaraq rayon polis şöbəsinə təhvil verib. Faktlarla bağlı araşdırmalar aparılır.
Namiq
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












