Sumqayıt yolunda bir-birinə zidd iki nişan - VİDEO

Sumqayıtda yol dairələrindən birinin bağlanması sürücülər arasında anlaşılmazlığa səbəb olub. Avtosfer.az xəbər verir ki, Şərq bazarı deyilən ərazidə, hətta, bildiriş üçün dönmək qadağandır işarəsi də qoyulub. Sürücülər isə narazılıq edir ki, dairənin girişində yerdə dairəyə girməyə icazə verən nişanlanma xətti isə yığışdırılmayıb. Bu da çaşqınlıq yaradır.
Ərazidə bir birinə zidd iki yol nişanı var. Sumqayıtda avtomobillər üçün nəzərdə tutulan və "Şərq Bazarı" dairəsi kimi tanınan yol bağlanıb. Ərazidə hər iki hissədə "Giriş qadağandır" nişanı qoyulub. Sürücülər isə narazılıq edir ki, dairənin girişində yerdə dairəyə girməyə icazə verən nişanlanma xətti isə yığışdırılmayıb. Bu da çaşqınlıq yaradır.
Sürcülər həmçinin iddia edir ki, avtomobil yalnız o istiqamətə dönəndən sonra nişanı görmək mümkündür.
Bəzi sürücülər hərəkət istiqamətinin dəyişməsindən xəbərsiz olduğu üçün qaydanı pozur və saxlanılaraq cərimə olunurlar.
Sumqayıt Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən ərazidə bir birinə zidd iki nişanın quraşdırılmasına aydınlıq gətiməsələr də, şifahi bildirildi ki, dairənin avtomobillər üçün bağlanması ərazidə hərəkətin intensivliyi və baş verən qəzalarla bağlıdır. Həmin dairənin tamamilə ləğv edilməsi və piyadalar üçün səki salınması nəzərdə tutulur. Sürücülər yolun digər hissəsinə keçmək üçün yaxınlıqda olan digər yol dairəsindən istifadə edə bilərlər.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












