Sumqayıtda 20-yə yaxın avtomobildən oğurluq edilib - VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində avtomobillərdən çoxsaylı oğurluqlar edən şəxslərə qarşı kompleks əməliyyat tədbiri həyata keçirilib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri Ceyhun Ələkbərov və Şükran Xələfov saxlanılıblar. Saxlanılan şəxslərin ətraflarında keçirilən əməliyyat tədbiri nəticəsində onların Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda 14 avtomobildən maqnitofon, səs gücləndirici, akkumlyator və maşınların salonlarında olan digər qiymətli əşyalar oğurladıqları məlum olub. İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat nəticəsində avtomobillərdən oğurluq edən daha iki nəfər - Sumqayət şəhər sakinləri Rauf Əliyev və Cavid Səyadzadə saxlanılıblar. Bu iki şəxsin şəhər ərazisində 5 nəqliyyat vasitəsindən oğurluq etdyi məlum olub. Saxlanılan şəxslər ifadələrində əsasən qapıları açıq vəziyyətdə saxlanılan avtomobillərdən oğurluq etdiklərini bildiriblər. Qeyd olunan faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyi nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi zəif iradəli, kriminala meylli şəxslər tərəfindən oğurlana bilər. Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, Təhlükəsiz Şəhər kameralarının əhatə və görüntü dairəsində saxlasınlar.
Emin
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA




















