Sumqayıtda 3 il əvvəl qaçırılmış avtomobil Bakıda tapıldı

Sumqayıtda üç il əvvəl qaçırılmış avtomobil Bakıda tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, mayın 26-da saat 11 radələrində DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən 2015-ci il mayın 1-də Sumqayıt şəhərindən qaçırılmış, Q.Osmanovaya məxsus “Chevrolet” markalı avtomobilin Moskva prospektində hərəkətdə olması aşkar edilib. Məlumat dərhal aidiyyatı üzrə ötürülüb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində avtomobil saxlanılıb. Araşdırmalarla nəqliyyat vasitəsini idarə edənin Bakı şəhər sakini Orxan Əyyubov olduğu müəyyən edilib və o, saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Emin
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












