Sumqayıtda 3 şadlıq evi 2500 manat cərimələndi - VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Sumqayıt şəhəri şadlıq evlərində atmosferə atılan zərərli qaz qarışıqlarının yol verilən həddən artıq olması müəyyən olunub. Avtosfer.az bildirir ki, nəticədə 3 şadlıq evinin sahibi hər biri 2500 manat məbləğində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən cərimə olunub. İdarədən bildirilib ki, may ayında Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən şadlıq evlərinin və ictimai- iaşə obyektlərinin rəhbərliklərinə atmosfer havasına atılan zərərli maddələrin normallaşdırılması məqsədi ilə müasir qurğu və avadanlıqların quraşdırılmasından ötrü xəbərdarlıq məktubları verilib. Xəbərdarlıqdan sonra vəziyyəti yoxlamaq üçün reydlər davam etdiriləcək.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










