Sumqayıtda 7 nömrəli avtobus sürücüləri özbaşınalıq edir, tədbir görən yoxdur - FOTO

Sumqayıtda avtobus sürücülərinin özbaşınalıqları artıq şəhər əhalisinin ciddi narazılığı ilə üzləşib.
Avtosfer.az xəbər verir ki, artıq bir müddətdir ki, Sumqayıt şəhərinin əsas nəqliyyat yükünü daşıyan 7 nömrəli marşrut avtobusunun sürücüləri qaydalara riayət etmir. Belə ki, şəhər avtovağzalı ilə Xəzər bağlar massivi və 13-cü mikrorayonu birləşdirən marşrut xətti üzrə hərəkət edən 7 nömrəli avtobusların sürücüləri öz xətləri üzrə hərəkətdən yayınır.
Bakı küçəsi ilə irəliləyib avtovağzalın qarşısındakı dayanacaqda avtobusu saxlamalı olan sürücülər xətdən çıxaraq sağa, yəni Sülh prospektinə dönür və “7 nəsil” heykəlinin qarşısından Heydər Əliyev prospektinə - sola dönərək son dayanacağa yaxınlaşırlar. Bununla da daha çox relsə çıxaraq günlük planlarını yüksəldə bilirlər. Avtovağzala, oradan da Bakıya üz tutmağa çalışanlar isə bu sürücülərin ucbatından uzun məsafəni piyada qət etməli olurlar.
Məsələ ilə bağlı “Sumqayıt Nəqliyyat” MMC-nin rəisi Elgiz Fərəcovdan açıqlama almağa çalışsaq da, bu mümkün olmayıb. Daha sonra MMC-nin əməkdaşı Tofiq Saydumov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirdi ki, qeyd edilən problem yalnız günün pik saatlarında baş verir. Sürücülər vətəndaşların işə gecikmələrinin qarşısını almaq məqsədilə avtovağzalın qarşısına getmirlər. Çünki pik saatlarda avtovağzalın önündə tıxac yaranır.
Sakinlər isə MMC nümayəndəsinin sadəcə bəhanə irəli sürdüyünü bildirir. Belə ki, Sumqayıt sakinlərinin Avtosfer.az-a verdiyi məlumatda qeyd edilir ki, günün bütün saatlarında analoji halla rastlaşmaq mümkündür. Hətta səhər və axşam saatlarında da sürücülərin bu cür özbaşınalıqları adi hala çevrilib. Sakinlər artıq Bakı və Gəncədə ictimai nəqliyyat sahəsində yaradılan şəraitin Sumqayıtda da qurulmasını, “BakuBus” avtobuslarının gətirilməsini tələb edir. Bildirirlər ki, mövcud şəraitdə kart sisteminin olmaması, daha əvvəl gətirilib işə yaramaması, sürücülərin özbaşınalıqları, bir-birlərilə yollarda yarışmaları narahatlıq yaradır.
Səfər
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












