Sumqayıtda çörəyi belə natəmizlikdə daşıdılar - FOTO

Bu foto səhər saatlarında Sumqayıt avtovağzalının yanında çəkilib. Qaynar-qaynar alıb evə apardığımız çörək adlı neməti bir sıra sexlər belə daşıyıb bizə yedirdirlər. Sürücünün sağında yerləşən oturacağın üstünə, ayaqaltına yığılaraq, daşınan bu çörəklər vərəm kimi bir çox yolxucu xəstəliklərin mənbəyi ola bilər. Hələ üstəgəl, onu bişirənin, daşıyanın, satanın sağlamlığı haqda heç bir məlumatımız yoxdur”.
Modern.az xəbər verir ki, bu məlumatı sosial şəbəkədə jurnalist Nicat Nəsirli paylaşıb. Jurnalist bildirib ki, bu işdə ictimai etirazın, qınağın olması çox vacibdir. “Qablaşdırılmamış çörəkdən istifadəni azaltmaq, gigiyenik baxımdan qorunan çörəklərdən istifadəyə etmək lazımdır. Qoy vətəndaşına hörmət edən sahibkar daha çox qazansın!”.
Məsələyə Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Piriyev də münasibət bildirib. O, deyib: “Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində təhlükəsziliyin təmin olunmasının vacib olduğunu bildirir. İnşallah iyulun 1-dən etibarən bu sahədə fəaliyyət göstərən hətta daşınma, qablaşdırma, tədarük və satışı ilə bağlı da sahibkarların qeydiyyatını həyata keçirərkən bütün məsələlər nəzərə alınacaq və sahibkarların fəaliyyəti ətraflı yoxlanılacaq. Vətəndaşların istifadəsinə veriləcək mobil proqram da bu cür nöqsanları, problemlərin qeydə alınması və ətraflı yoxlanılmasına kömək edəcək”.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI












