Sumqayıtda hər kəsi dəhşətə gətirən namus cinayəti

Qısqanclıq Sumqayıtda gənc qadının xüsusi amansızlıqla qətlə yetirilməsinə səbəb olub. Avtosfer.az xəbər verir ki, bu barədə sputnik.az-a Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib. Cinayət bu gün səhər saatlarında Sumqayıtın on birinci mikrorayonunun ərazisində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Ağayeva Aynurə Ramiz qızı ona vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib. Hadisə yerinə gedən polislər qadının nə dərəcədə amansızlıqla öldürüldüyünü görüb şoka düşüblər. Patoloqoanatomlar gənc qadının bədənində 40-a yaxın bıçaq yarası sayıblar. Onların əksəriyyəti qadının boyun və baş nahiyəsində aşkarlanıb. Cinayətin törədilməsində şübhəli qismində mərhumun həyat yoldaşı Ağayev Yaqub Şirin oğlu saxlanılıb. İstintaqın ilkin versiyasına görə, kişi həyat yoldaşını qısqanclıq zəminində, ailəsinin "şərəf və ləyaqətini qorumaq" məqsədilə öldürüb. Faktla bağlı AR Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adamöldürmə) ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










