Sumqayıtda qohumunu bıçaqlayan şəxs döyülüb - FOTO

Sumqayıt şəhərində qohumunu bıçaqlayan şəxs döyülüb. “Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 21-ci məhəlləsində baş verib. Məlumata görə, Sumqayıt şəhər sakini 1975-ci il təvəllüdlü Abddullayev Aqil Rauf oğlu bıçaqladığı 20 yaşlı Süleyman Abdullayevin yaxınları tərəfindən döyülüb. O, ağır xəsarətlərlə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
*** 09:26
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb. Şəhərin 21-ci məhəlləsində 1998-ci il təvəllüdlü Abdullayev Süleyman Müseyib oğlu bıçaqlanıb.
Ürək və bədəninin digər nahiyələrindən bir neçə bıçaq zərbəsi alan 20 yaşlı gənc dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Araşdırma zamanı hadisəni törədən şəxsin kimliyi müəyyən edilib. 20 yaşlı Süleyman Abdullayevi bıçaqlayan şəxs 1975-ci il təvəllüdlü Abdullayev Aqil Rauf oğludur. O, bıçaqlanan şəxsin qaynının əmisi oğludur.
İlkin ehtimallara görə, 20 yaşlı Süleyman Abdullayev namus üstündə bıçaqlanıb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA














