Sumqayıtda şəhidin adına olan küçədə torpağın üstündən asfalt çəkilib - VİDEO

Sumqayıtda məhəllədaxili yolların yenilənməsi istiqamətində növbəti layihə həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, Novxanı bağ massivi ərazisində, Şəhid Ramil Quliyev küçəsində həyata keçirilən asfaltlama işləri sakinlərin rahatlığı məqsədilə görülsə də, çəkilən asfaltın keyfiyyəti ilə bağlı sakinlər tərəfindən narazılıqlar yaranıb.
Mövzu ilə bağlı nəqliyyat eksperi Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, məhəllədaxili yollarda asfalt işləri bu şəkildə aparılmamalıdır. Düzdür, hazırda müəyyən görüntü yaratmaq məqsədilə belə işlər görülür:

"Lakin ümumi yanaşma baxımından bu, vəsaitin səmərəsiz xərclənməsi deməkdir. Çünki hazırda döşənən asfalt qısa müddətdən sonra avtomobillərin hərəkəti nəticəsində aşınacaq və təkərlərə yapışaraq dağılacaq. Üstəlik, yağış və ya kanalizasiya sularının təsiri ilə asfaltın sıradan çıxması qaçılmaz olacaq. Asfalt örtüyü salınmazdan əvvəl ilk növbədə yolun alt qatı qaşınmalı, möhkəmləndirilməli, su və kanalizasiya xətləri, həmçinin yağış sularının axıdılması sistemi qaydaya salınmalıdır. Yalnız bundan sonra normativ tələblərə uyğun qalınlıqda asfalt örtüyü çəkilməlidir. Mövcud asfaltın üzərinə yeni qatın əlavə edilməsi isə uzunömürlü həll sayıla bilməz. Bunun üçündə alt qatın bərkidilməsi mütləqdir. İndi ki, halda bu bərkidilmə işlərinə və digər texniki tələblərin nə dərəcə də yerinə yetirildiyi də ciddi suallar doğurur.”
Ekspert əlavə olaraq qeyd edib ki, bu məsələyə son dərəcə məsuliyyətlə yanaşmaq lazımdır:
"Əgər dövlət vəsaiti hesabına asfalt örtüyü yenilənirsə, onun uzunömürlü olması üçün bütün texniki mərhələlər tam şəkildə icra edilməlidir. Əks halda, belə yolların bir ildən sonra ya çökməsi, ya da dağılması qaçılmazdır. Nəticədə eyni əraziyə yenidən asfalt çəkiləcək, sakinlər yenidən şikayət edəcək və proses təkrarlanacaq. Bu isə dövlət büdcəsindən ayrılan milyonlarla vəsaitin səmərəsiz xərclənməsinə səbəb olacaq".
Fatimə Dadaşova
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan niyə imtina edirlər? - VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?










