Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO

Sumqayıt şəhərindəki parkda uzun müddətdir davam edən tikinti işləri artıq böyük bir problemə çevrilib.
Avtosfer.az-a şəhər sakinin göndərdiyi videoda tikintinin şəhərin Zülfü Hacıyev küçəsində aparıldığı müşahidə edilir. Belə ki, Heydər Əliyev parkının arxasında, tikintisi nəzərdə tutulan DOST mərkəzinə bitişik hissədə hasarlanan ərazidə hansısa obyektin açılışı planlaşdırılır. Sakinləri narahat edən isə tikinti işlərinin hasarlanmış ərazinin daxili ilə yanaşı xaricində də davam etməsidir. Belə ki, Heydər Əliyev parkının davamı olaraq bilinən və yaşıllıq ərazisinin bir hissəsi məhv olunan yerdə tikinti materialları hasarın xaricinə də tökülüb və səkini zəbt edir.
Səki ilə bağlı problem isə təkcə zəbtlə bitmir. Eyni zamanda, səkidə davamlı yük maşınlarının hərəkəti də artıq bordür daşlarını və səkini bərbad hala salıb. Sumqayıtda mobillik zolağı olmadığı üçün kuryerliklə məşğul olan şəxslər səki ilə hərəkətə məcbur qalır. Lakin bərbad vəziyyətdə olan səkidə hərəkət skuter və velosiped istifadəçilərinə də çətinlik yaradır. Sakinlər aidiyyəti qurumlardan məsələni nəzarətə götürmələrini və bu cür problemlərin həllini tələb edir.
Səfər
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












