Sumqayıtda yol çökdü: “Nissan” çuxura düşdü – FOTO + VİDEO

Sumqayıtda yol çökməsi nəticəsində ərazidə dərin çuxur yaranıb. Hətta avtomobillərdən biri yaranmış çuxura düşüb. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsində, Polis İdarəsi ilə Təcili Tibbi Yardım Xəstəxanasına gedən yolun kəsişməsində baş verib. Belə ki, küçədə yolun lyuk olan hissəsi çöküb. Nəticədə qarşı tərəfdən gələn 90 OK 411 dövlət nömrə nişanlı “Nissan Sunny” markalı avtomobil həmin çuxura düşüb və maşına ziyan dəyib. Avtomobil sahibi bildirib ki, yol çəkilişi zamanı yanlışlığa yol verilib. Lyuk üzərində asfalt çəkilən yolun alt qatına çürük taxta parçası qoyulub. Məhz bu səbəbdən ağırlığa tab gətirməyən yol çöküb. Görüntüdən də göründüyü kimi, həmin ərazidən kanalizasiya xətti keçir. Çöküntü olan həmin ərazinin qarşısına zibil qutusu qoyulub ki, qarşı tərəfdən gələn hər hansı bir avtomobil ora düşməsin. Hazırda problemin aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar tərəfindən tədbirlər həyata keçirilir.




Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA












