Sumqayıtdakı bu marşrut avtobuslarından da narazılıq artıb - FOTO

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətindən cavab olaraq bildirildi ki, Sumqayıt şəhərində ictimai nəqliyyatdakı mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər planı hazırlanıb. Bu sahədə kompleks tədbirlərin görülməsi nəzərdə tutulub. Qeyd olunan problemlər qeydiyyata alındı və aidiyyatı qurumlara bu barədə məlumat veriləcək.
***
17:00, 02.06.2026
***
Sumqayıt şəhərində fəaliyyət göstərən marşrut avtobuslarının fəaliyyəti ilə bağlı narazılıqlar atmaqdadır.
Avtosfer.az xəbər verir ki, şəhəriçi fəaliyyət göstərən 33 nömrəli marşrut avtobuslarının vaxtaşırı nasazlanması, eləcə də xəttən kənar faəliyyəti sakinləri narahat edir. Saytın sosial şəbəkə hesabına müraciət edən sakin bildirir ki, sakinlər saatlarla avtobus gözləyir, gələndə isə həddindən artıq dolu olur. Lazım olmayan vaxtda ard-arda işləyir, amma ən pik saatlarda yoxa çıxır.

Üstəlik, avtobusların çoxu nasazdır, bəzən də yolda xarab olub şəhərin ortasında qalır. Bundan əlavə avtobusun yolunu uzatdılar ki, ərazidə yaşayanlar üçün alternativ olsun, amma nəticə əksinə oldu. İndi hamı yer tutmaq üçün, son dayanacağa gəlir, avtobuslar gecikdikdə isə uzun məsafəni piyada qayıtmalı olurlar. Orada isə artıq avtobus dolu olur və camaat minə bilmir.
Şikayətçi bildirir ki, artıq Sumqayıtda da Gəncə və Bakı şəhərlərindəki kimi “BakuBus”ların gətirilməsi labüddür. Şəhərdəki übtün nəqliyyat bir nəfərin əlində cəmləşdiyi üçün bu cür vəziyyətin aradan qaldırılması istiqamətində heç bir iş görülmür.
Səfər
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












