Sumqayıtdan Şabrana oğurluğa gedənlər yaxalandı – FOTO

Daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa qarşı uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, martın 18-də Şabran rayon Uzunboyad kənd sakini Yasin Əsgərov RPŞ-yə ərizə ilə müraciət edərək rayonun Məliklər kəndində ona məxsus olan kənd təsərrüfatlarının saxlanc yerindən ümumi dəyəri 1000 manata yaxın olan avtotexniki avadanlığın naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Ruslan Cəfərquliyev, Elvin İmamverdili və İlkin Verdiyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər. Ogurladıqları radiator və akkumulyatorlar maddi sübut kimi onlardan götürülüb.
Faktla bağlı barələrində Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Nizam Həmidov,
polis leytenantı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















