Sumqayıtın 16 il ərzində dəyişən küçələri – Səki zəbti, artırılan teraslar, pozulan qaydalar - FOTO

Sumqayıt şəhərində illər ərzində sosial iqtisadi vəziyyətin yaxşılaşması özünün bir sıra mənfi tərəflərini ortaya çıxarıb.
Avtosfer.az xəbər verir ki, şəhərin Azərbaycan prospektində sahibkarlar tərəfindən qaydaların pozulması sakinləri narahat edir. Belə ki, prospektdə son 15 ildə bir sıra iaşə obyektləri fəaliyyətə başlayıb. Əvvəllər belə müəssisələrin fəaliyyətinə ciddi nəzarət edildiyi üçün səkidə fəaliyyətə şərait yaradılmırdı. İndi isə mənzərə xeyli dəyişib.
Əvvəllər hamının “Neftçi mağazası” kimi tanıdığı idman malları mağazasının yerində indi başqa təyinatlı müəssisəs fəaliyyətdədir. O isə öz növbəsində fəaliyyət zonasını daha da genişləndirərək səkiyə doğru teras artırıb. Buna isə uzun müddətdir Sumqayıt Şəhər İcra Hakimiyyəti heç bir reaksiya vermir. Şəhərin mərkəzi poçtunun qarşısındakı geniş park ərazisinin bir hissəsi bu gün kafe və restoranlar tərəfindən zəbt edilib. Eyni hal prospektin bulvara doğru irəliləyən hissəsində də mövcuddur.
Sakinlər aidiyyəti qurumlardan belə mövzuları diqqətdə saxlamasını və qaydaları pozanlara qar.ı sərt tədbirlər görülməsini tələb edir.
Səfər

ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












