Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO

Sumqayıt şəhərinin mərkəzi küçələrindən biri olan Nizami küçəsində vəziyyət olduqca bərbaddır.
Avtosfer.az komandası vaxtaşırı bu küçədəki problemlərlə bağlı məlumat verib, lakin hansısa dəyişiklik əldə etmək mümkün olmayıb. Bu dəfə Nizami küçəsində, daha dəqiq desək, Sumqayıt bazarının ortasındakı Nizami parkındakı vəziyyətlə bağlı elə Sumqayıtda yaşayan bloger Elmir Hacıyev video paylaşıb. O bildirib ki, parkda səhər saatlarındakı natəmizlik heç də ürəkaçan mənzərə deyil və bunu edənlər elə şəhər sakinləridir.
Sumqayıtın Sülh prospekti və Nizami küçəsinin arasında yerləşən park müxtəlif illərdə səyyar satıcıların toplaşdığı ərazi kimi fəaliyyət göstərib. Artıq uzun müddətdir ki, ərazidə səyyar satışın qarşısı alınsa da, hələ də parkın ətrafındakı mağaza sahiblərinin, eləcə də ətrafdakı iaşə müəssisələrindən, restorandan çıxan müştərilərin tullantıları yerə atdıqları bildirilir. Vaxtilə səyyar satıcıların parkın kafellərinə vurduğu ziyan uzun müddətdir ki aradan qaldırılmır. Park özü isə sonuncu dəfə uzun illər əvvəl təmir edilib. Hətta parkdan Nizami gəncəvinin heykəli götürülərkən belə hansısa təmir işləri görülmədi və ərazidə infrastruktur bərpa edilmədi.
Ərazidə yaşayan sakinlər aidiyyəti qurumlardan yaranmış vəziyyətə nəzarət etmələrini və parkdakı infrastrukturu bərpa etmələrini tələb edir.
Səfər
Bu yollarda tıxac var - SİYAHI
Ərdoğanın Azərbaycana gəlişi münasibətləri düzəldə bilər? - POLİTOLOQ
Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş - ŞOK ADLAR ÜZƏ ÇIXDI
"Nərimanov" stansiyasında Qarabağla bağlı yeni sərgi açıldı - VİDEO
“İkinci əl” avtomobillər ucuzlaşır? - AÇIQLAMA
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ












