Süni intellekt əmək bazarında rəqabətliliyə necə təsir edir? – Ekspert AÇIQLADI

Azərbaycanda əmək bazarında müşahidə olunan yeni trendlər iqtisadi müzakirələrin əsas mövzularından birinə çevrilib. Rəqəmsallaşma, texnologiyanın inkişafı və dəyişən iqtisadi münasibətlər əmək bazarında yeni yanaşmaların formalaşmasına səbəb olur. Hazırda bir çox sahədə ənənəvi iş modelləri dəyişir, yeni peşələrə və fərqli bacarıqlara tələbat artır.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, süni intellekt və avtomatlaşdırma məsələsi getdikcə daha çox aktuallaşır.

“Azərbaycanda da bu proses artıq bir çox sahədə başlayıb. Xüsusilə maliyyə, texnologiya və kommunikasiya sahələrində bunu daha aydın müşahidə edirik. Bu sektorlar yeni texnologiyaların tətbiqində əsas istiqamətlərdən hesab olunur. Hibrid və distant iş modelləri geniş yayılır. Ənənəvi ofis şəraitində işləmə modeli artıq tam dominant deyil. İnsanlar müəyyən hallarda məsafədən və onlayn şəkildə çalışmağa üstünlük verirlər. Hibrid iş modeli getdikcə daha çox tətbiq olunur. Əsas məqam ondan ibarətdir ki, xüsusilə informasiya texnologiyaları, kibertəhlükəsizlik və data analitikası kimi sahələr bütün biznes istiqamətlərində geniş yayılır. Bu sahələrə və həmin istiqamətlər üzrə mütəxəssislərə tələbat sürətlə artır. Eyni zamanda “cloud” texnologiyalarına maraq da yüksəlir. Mühüm məqam isə ondan ibarətdir ki, bu yeniliklərlə paralel olaraq bəzi peşələrə tələbat azalır. Xüsusilə yaşlı və orta yaşlı nəslin əmək bazarındakı dəyişikliklərə uyğunlaşması daha çətin olur. Bu da onların rəqabət imkanlarına təsir göstərir. Digər bir tendensiya isə budur ki, artıq insanların ömür boyu yalnız bir peşə ilə məşğul olması anlayışı tədricən aktuallığını itirir. Əmək bazarı və iqtisadiyyatın strukturu sürətlə dəyişdiyi üçün insanlar davamlı təlimlərə, yeni bacarıqlar əldə etməyə və ixtisaslarını təkmilləşdirməyə ehtiyac duyurlar. Bəzi hallarda isə tamamilə yeni sahəyə keçid etməyə çalışırlar. Bu tendensiyalar fonunda texnologiya və İT sahəsində çalışanlar üçün qlobal rəqabət də formalaşır. İnsanlar artıq bir ölkədə oturaraq digər ölkələr üçün distant şəkildə işləyə bilirlər. Bu isə əmək bazarının beynəlxalq səviyyədə inteqrasiyasını sürətləndirir və rəqabəti daha da artırır. Həmçinin ənənəvi sahələr texnologiyanın və avtomatlaşdırmanın təsirinə daha çox məruz qalır. Xüsusilə yaşlı nəslin əmək bazarında rəqabət qabiliyyətinin qorunması gələcək dövr üçün əsas çağırışlardan biri hesab olunur".
Fatimə Dadaşova
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












